Oruc Məmmədov "Şamaxı"da

4.06.2025 19:23 287
Ölkə futbolu
“Şamaxı” yeni mövsüm öncəsi heyətinə yeni futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əyalət təmsilçisi yarımmüdafiəçi Oruc Məmmədovla razılığa gəlib. 21 yaşlı futbolçu "Şamaxı" ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, futbolçu son olaraq “Səbail”də çıxış edib.