“Şamaxı” yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir.
"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Həbib İsmayılovu heyətinə qatıb. 22 yaşlı futbolçu növbəti mövsümü "şirlər"də keçirəcək. Həbibin sonuncu komandası "Neftçi"di.
Xatırladaq ki, "Şamaxı" Emil Süleymanov və Oruc Məmmədovu da transfer edib.