Növbəti mövsüm premyer-liqada 12 komandanın mübarizə aparacağından xəbərdarsız. Belə ki, 1-ci liqada "futbol ili"ni ilk "üçlük"də başa vuran komandalar elitaya vəsiqə qazanacaq.
İndiki duruma görə bunlardan biri "Karvan"dı. İkinci pillədə qərarlaşan Yevlax təmsilçisi mövsümü uğurla başa vuracağı təqdirdə hədəfə çatacaq. Bəzi media orqanlarında və sosial şəbəkələrdə yayılan xəbərlərə inansaq, komanda premyer-liqaya yüksəlsə, baş məşqçisini dəyişəcək. Daha doğrusu, bu posta Azər Məmmədov gətiriləcək. "Karvan"ın indiki çalışdırıcısı Kənan Kərimov isə onun köməkçisi təyin olunacaq.
Bu xəbərlə bağlı Azər Məmmədovla əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı: