Milana qayıdası olmadı

24.08.2023 23:40 172
Dünya futbolu
Valentino Lazaro Milana qayıdası olmayıb.

"Football-plus.az" xəbər verir ki, o, çıxışını “Torino”da davam etdirəcək. Turin klubu ötən mövsüm xidmətindən icarə əsasında yararlandığı avstriyalı hücumçunun transfer hüququnu birdəfəlik alıb. Bunun üçün 27 yaşlı futbolçuya görə 4 milyon avro ödənilib.

Xatırladaq ki, Lazaro son mövsümdə A seriyasında 23 oyun keçirib.