"Qarabağ" qanalı futbolçu transfer etdi

23.08.2024 18:00 335
Ölkə futbolu
"Qarabağ" növbəti transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bir müddətdir İspaniyanın "Alkorkon" klubu ilə aparılan danışıqlar müsbət nəticələnib və hücumameylli yarımmüdafiəçi Emmanuel Addai heyətə cəlb edilib. Klubla 23 yaşlı qanalı futbolçu arasında 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Addainin son komandası 2022-24-cü illərdə formasını geyindiyi İspaniya təmsilçisi “Alkorkon” olub. O, bunadək Fransada “Bobiqni” klubunda (2021-2022) çıxış edib.