Ruud da “Uimbldon”u buraxacaq

1.07.2025 11:25 7
İdman
Norveçli tennisçi Kasper Ruud diz zədəsi üzündən builki “Uimbldon” turnirində çıxış edə bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, dünyanın 16-cı raketkasını turnirin əsas torunda ATP reytinqinin 110-cu pilləsində qərarlaşan danimarkalı Elmer Meller əvəz edəcək. Ruud bir müddət əvvəl Malyorka turnirində iştirakdan da boyun qaçırmışdı. O, zədə üzündən yarışlara 100 faiz hazır olmamasını əsas gətirib.

“Uimbldon” Londonun ot örtüklü kortlarında 30 iyun – 13 iyul aralığında keçiriləcək. Ruuddan əvvəl fransalı Artur Fis və amerikalı Sebastyan Korda da kişilərin turnirindən çəkilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul