“Qarabağ” yay hazırlığındakı ilk rəqibi

12.06.2025 19:16 19
Ölkə futbolu
"Qarabağ"ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqib müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qurban Qurbanovun komandası Bakıda təşkil olunacaq təlim-məşq toplanışında "Zirə" ilə qarşılaşacaq. Matç iyunun 30-da keçiriləcək. Qarşılaşma "Azərsun Arena"da baş tutacaq.

Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək "Qarabağ" hazırlığını Avstriyada davam etdirəcək.