Azərbaycanlı döyüşçü Qazaxıstanda rəqibini nokauta saldı

29.06.2025 14:50 13
İdman
Azərbaycanlı döyüşçü Rasim Mirzəyev Qazaxıstanın NAİZA liqasının təşkil etdiyi turnirin əsas qəhrəmanlarından biri olub.

"Football-plus.az" xəbər verir ki, o, üz-üzə gəldiyi Marks Bakmereyi möhtəşəm diz zərbəsi ilə texniki nokauta salaraq məğlub edib.

Döyüş erkən bitməsi tamaşaçıların narazılığına səbəb olub.

Qeyd edək ki, tanınmış MMA döyüşçüsü Nəriman Abbasov bundan əvvəl Qazaxıstanın NAİZA liqasının keçirdiyi yarışlarda çıxış edib.