Nəriman Abbasovun rəqibi Bakıda döyüşməyə hazırdı - AÇIQLAMA

21.03.2023 19:52 215
İdman / Manşet
Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov dünən “Naiza Fighting Championship 50” turniri çərçivəsində Qazaxıstanın Almatı şəhərində qırğızıstanlı Kanibek Janıbek Uulu üzərində qələbə qazanıb.

"Football-plus.az" saytının məlumatına görə, Nəriman əslində Fanil Rafikovla qarşılaşmalı idi. Amma qazax idmançı zədələndiyinə görə onu Uulu əvəzlədi.

Fanil Rafikov turnirin rəsmi saytına açıqlamasında Nərimanla qarşılaşmaq perspektivindən danışıb:

"Nərimanı qələbə münasibətiylə təbrik edirəm. Ramazan bayramından sonra qayıtmağı planlaşdırıram. Abbasovla bağlı tarixi davam etdirmək lazımdı. Payızda, nəticələrdən asılı olmayaraq, davam edəcəyik. Bakı? Mən hazıram".

KƏNAN HƏSƏNOV