Azərbaycanlı MMA idmançısının döyüş vaxtı və yeri məlum oldu

8.02.2023 12:06 317
İdman
Azərbaycanın yüngül çəkidə MMA idmançısı Nəriman Abbasovun "Naiza Fighting Championship" turnirində qazaxıstanlı Fanil Rafikovla döyüşəcək.

Football-plus.az xəbər verir ki, bu barədə "sports.ru" məlumat yayıb.

Bildirilib ki, qarşılaşma martın 18-də Qazaxıstanın paytaxtı Astanadakı "Jekpe Jek" idman kompleksində keçiriləcək.