"Football-plus.az" saytının məlumatına görə, 29 yaşlı MMA döyüşçüsü “Naiza Fighting Championship 50” turniri çərçivəsində Qazaxıstanın Almatı şəhərində qırğızıstanlı Kanibek Janıbek Uulu üzərində qələbə qazanıb. Bu Nərimanın peşəkar karyerasında 29-cu qələbəsidi. O, buna 33-cü döyüşündə nail olub.
Nəriman Abbasov döyüşdən sonra fikrini bölüşüb:
"Bura gəlib mənə azarkeşlik edənlərə təşəkkür edirəm. İnanıram ki, onları sevindirməyi bacardım. İkinci raundda sərt zərbə buraxdım. Amma başım dəmir kimidi, tez toparlanıram".
KƏNAN HƏSƏNOV



