“Neftçi”nin növbəti transferi

22.07.2024 22:58 357
Premyer-liqa
Yeni mövsümə hazırlaşan "Neftçi" almaniyalı futbolçu Robert Baueri transfer edib.

“Football-plus.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağlanıb.

O, "ağ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinəcək.