Hələ ki şikayətin səbəbi açıqlanmasa da, hər şeyin maddi məsələlərlə bağlı olduğu şübhə doğurmur. Belədə futbolçunun avrokuboklarda, yəni Konfrans Liqasında oynamasında da problem yarana bilər. Bununla bağlı Naxçıvan klubunun icraçı direktoru Eldəniz Yusubovun fikrini öyrəndik:
“Məsələdən xəbərdaram, amma bildiyimə görə, Patrik “Partizan”dan şikayət edib. Amma hər nə olur-olsun, bunlar bizə qədər olan prosesdi. Futbolçu “Partizan”dan sonra “Qarabağ”da oynayıb, beynəlxalq arenada da çıxış edib. Bu, Patriklə “Partizan”ın arasında olan problemdi. İnanıram ki, buna görə nə bizə, nə də futbolçumuza cəza gələcək”.
MÜZƏFFƏR QULUZADƏ




