“Milan”ı tərk edəcəyi dəqiqləşdi

4.07.2025 23:54 122
Dünya futbolu
Teo Ernandesin “Milan”ı tərk edəcəyi dəqiqləşib.

"Football-plus.az" xəbər verir ki, o, böyük ehtimalla bundan sonra “Əl-Hilal”da çıxış edəcək. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Yaxın günlərdə tərəflərin bu keçidi reallaşdıracaqları gözlənilir. Artıq şifahi razılıq əldə olunub. Hazırda transfer üçün formal addımlar qalıb.

Teo son mövsümdə “Milan”ın heyətində 49 oyuna çıxaraq 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul