Gözlənilən istefa rəsmiləşdi

27.06.2025 03:29 206
Dünya futbolu
Stefano Pyoli ilə bağlı bir neçə həftə əvvəl yayılan məlumat doğru çıxıb.

"Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr” rəhbərliyi baş məşqçi ilə yolları ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Pyoli “Əl-Nəssr”ə ötən ilin sentyabrında baş məşqçi təyin olunmuşdu. Komanda 2024/25 mövsümündə çempionatı 3-cü yerdə başa vurub.

İtaliyalı mütəxəssisin karyerasını ölkəsində davam etdirəcəyi gözlənilir. Onun “Fiornetina” ilə 3 illik müqavilə bağlayacağı haqda xəbərlər yayılıb.