Məlumdu ki, bu liqada elitada çıxış edən klubların əvəzedici heyətləri oynayır. “Karvan”la “İmişli”nin isə akademiyası yoxdu. Bəs əvəzedicilər liqasında kim oynayacaq, necə oynayacaq? Bu sualın cavabını klub rəsmilərindən soruşduq.
Aqşin Mürsəlov, “İmişli”nin idarə heyətinin sədri:
“Hazırda dəqiq heç nə yoxdu. Qarşımıza tələb kimi qoyulsa, tələbi icra edəcəyik”,
Bəhruz Musayev, “Karvan”ın mətbuat katibi: “İki-üç gün sonra rəhbərlik səviyyəsində iclas olacaq, bu məsələ də müzakirə olunacaq”.
MÜZƏFFƏR QULUZADƏ






