“Hayduk” qapıçı və hücumçu tapa bilmir – detallar

26.06.2025 06:03 20
Aktual / Dünya futbolu
“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Hayduk” qapıçı və hücumçu tapa bilmir.

“Football-plus.az” “index.hr” nəşrinə istinadla xəbər verir ki, Xorvatiya komandasının baş məşqçisi Qonsalo Qarsiya indiyə qədər iki oyunçunun transfer edilməsi yönündə ciddi addımlar atsa da, uğurlusluqla üzləşib.

Bunlardan birincisi İvan Baniçdi. Split təmsilçisi “əlcək sahibi”ylə bütün detallarda razılığa gəlsə də, son anda futbolçunun fikrini dəyişməsi planları alt-üst edib.

Baş məşqçinin növbəti hədəfi əvvəllər də kollektivin şərəfini qoruyan Lovro Maykiç olub. İş ondadı ki, oyunçunun məxsus olduğu “İsrta” “Hayduk”un hücumçuya marağından xəbərdar olan kimi onunla müqavilənin müddətini 2027-ci ilə qədər uzadıb və yeni anlaşmaya 200 min avro ödəniş müqabilində sərbəstqalma maddəsi əlavə edib.

Bununla belə, bu yaxınlarda ailə həyatı quran Maykiç həyat yoldaşıyla şəkillərini paylaşıb və onu təbrik edən “İstra” azarkeşlərinə “ümid edirəm ki, növbəti mövsüm də məni belə dəstəkləyəcəksiz” cavabını verməklə komandada qalmaq arzusunu gizlətməyib. Beləcə “Hayduk”un növbəti planı da suya düşüb.

Hər halda, “dəniz ustaları”nın rəhbərliyi Qarsiyanın qapıçı və hücumçu tələbini qarşılamağa çalışır.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul