Klubunu dəyişdi, hədə-qorxu ilə üzləşdi

25.06.2025 22:53 12
Dünya futbolu
“Barselona”nın yeni oyunçusu Xuan Qarsiya ciddi təzyiqlərlə üzləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə sport.es portalı məlumat yayıb.

24 yaşlı qapıçı “Espanyol”dan Kataloniyanın digər klubuna keçəndən sonra mobil telefonuna təhqirlər və təhdidlər göndərilib, naməlum nömrələrdən saysız-hesabsız zənglər alıb. Məlumatda bu səbəbdən Qarsiyanın hazırda evdən çıxmamağa üstünlük verdiyi və yalnız bir neçə yaxın dostunu ziyarət etdiyi də bildirir.

O, telefon nömrəsini dəyişməyə məcbur olub. Həmçinin təhlükəsizlik səbəbindən “Espanyol”dan olan keçmiş komanda yoldaşının doğum günündə iştirak etməyib.

“Barselona” onun transferini iyunun 18-də açıqlayıb. Xuanın imzaladığı müqavilənin müddəti isə 2031-ci ilin iyununa qədər nəzərdə tutulub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul