Ronald Arauxo subaylığa rəsmən son qoyub.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın futbolçusu rəsmən evlənib. Uruqvaylı müdafiəçi 2016-cı ildən birlikdə olduğu Abiqeyl Oliveyra ilə nikah bağlayıb. Mərasim Uruqvayın paytaxtı Montevideodakı Metodist kilsəsində keçirilib.
Qeyd edək ki, Arauxo ilə Abiqeylin iki qız övladı var.
Subaylığa rəsmən son qoydu
Dünya futbolu






