Basketbol millimiz Qazaxıstana yollandı

22.06.2025 13:17 9
İdman
16 yaşadək qızlardan ibarət millimiz Qazaxıstanın Atırau şəhərinə yola düşüb.

"Football-plus.az" xəbər verir ki, yığma iyunun 22-dən 25-dək adıçəkilən şəhərdə baş tutacaq "Airom Cup" beynəlxalq turnirində iştirak edəcək.

Bu yarış Avropa çempionatı öncəsi əsas hazırlıq mərhələlərindən biridi.

Qeyd edək ki, U-16 turnirdə ilk oyunlarını 23 iyunda Qazaxıstan təmsilçiləri "Aul Sport" və "Barsy Atrau" klublarına qarşı keçirəcək.