''Qalatasaray'' - ''Fənərbaxça'' derbisinin tarixi dəyişir?

16.10.2026 19:30 18
Dünya futbolu
Türkiyə mətbuatında mövsümün ən böyük maraqla gözlənilən derbisinin tarixinin dəyişə biləcəyi ilə bağlı iddialar ortaya atılıb. Söhbət əlbəttə ki, ''Qalatasaray'' - ''Fənərbaxça'' matçından gedir. Türkiyə Futbol Federasiyasının rəsmi təqviminə görə prinsipial rəqiblər oktyabr 26-da, yəni bazar ertəsi ''Rams Park''da üz-üzə gəlməlidi. Amma bir çox mənbələr qarşılaşmanın bir gün əvvələ, yəni bazar günü oktyabrın 25-nə keçiriləcəyini iddia edir. Hərçənd bununla bağlı federasiyadan hələ ki, bir rəsmi açıqlama gəlməyib. İstanbul derbilərinin bazar ertəsinə salınmasına daha öncə də bir neçə dəfə rast gəlinib. Bu dəfə oyunun bazar ertəsinə salınmasının səbəbi kimi bazar günü İstanbulun bir çox yerlərində müxtəlif tədbirlərin keçirilməsi göstərilir. Təhlükəsizliyin daha yüksək səviyyədə təşkil olunması üçün derbi bazar ertəsinə salınmışdı. Amma indi bu matçın hansı səbəbdən yenidən bazar gününə keçirilmək istənməsinin səbəbi bəlli deyil.