Millimiz Qazaxıstana qalib gəldi

6.06.2025 22:53 21
Ölkə futbolu
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət millimiz ilk yoxlama görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, U-17 Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.

Qeyd edək ki, yığma növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.