Azərbaycan derbisindən kənarda qalma! - biletini al, oyuna gəl, ləzzət yaşa

16.10.2026 19:00 36
Ölkə futbolu / Manşet
Sabah Azərbaycan futbolunun rəmzlərindən olan Tofiq Bəhramov adına Respublika stadionunda derbi izləyəcəyik. Yenilənmiş “Qarabağ” 90 illiyini qeyd edən, çempionluq iddiası yerə-göyə sığmayan “Neftçi”ni qəbul edəcək.

8-ci turun oyunu hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. Belə ki, 16 xala malik “ağ-qaralar” hazırda turnir cədvəlinə başçılıq edir. Flaqmanla eyni xala sahib olan, lakin bir oyun az keçirən “köhlən atlar” liderliyi ələ keçirmək, “Neftçi” isə mövqeyini qorumaq üçün meydana qələbə əzmi ilə çıxacaq. Mümkün heç-heçə çempion “Sabah”ın işinə yarayacaq. Eyni xala malik üç komanda arasında liderlik mübarizəsinin daha da gərginləşməsi üçün bu ssenari Masazır təmsilçisinə fürsət yaradacaq.

Artıq sabahkı derbinin biletləri satışa çıxarılıb. “İticket”də ən ucuz biletin qiyməti 5, ən bahanın qiyməti isə 15 manatdı.

Futbolsevərləri mövsümün ən maraqlı qarşılaşmalarından birini canlı izləməyə dəvət edirik. Bu tarixi derbidən kənarda qalma, biletini al və futbolun həyəcanını tribunadan yaşa!

İSRAYIL XEYRULLAYEV