Yığmamız Gümüş Avropa Liqasını məğlubiyyətlə bitirdi

21.06.2025 21:57 8
İdman
Kişi voleybolçulardan ibarət millimiz bu gün Gümüş Avropa Liqasında sonuncu matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, Fərid Cəlalovun komandası Farer adalarında Avstriyanı sınağa çəkib.

İlk 5 oyunda 2 qələbə qazanan yığmamızın növbəti 3 xal uğrunda mübarizə aparıb. Amma voleybolçularımızın istəyi alınmayıb. Güclü rəqiblə görüşdə millimiz hər setdə uduzub.

Komandamız turniri 6 xalla başa vurub.

Gümüş Avropa Liqası
21 iyun
3-cü tur, 6-cı oyun
Kişilər
Avstriya - Azərbaycan 3:0 (25:18, 25:18, 25:14)

Hakimlər: David Ryan (Farer adaları), Niklas Tomsen (Danimarka)
Sandur, “Höllin inni i Dal”

Qeyd edək ki, Avstriya 2 oyundan 3 xal yığıb və turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.