Millimiz Gümüş Avropa Liqasının “4-lüy”ündə

9.06.2025 19:54 8
İdman
Kişi voleybolçulardan ibarət yığmamız Gümüş Avropa Liqasının açılışından sonra ümumi hesabda 4-cü yerdə qərarlaşıb.

"Football-plus.az" xəbər verir ki, komanda İsveçin Umea şəhərində start götürən turnirdə əvvəlcə meydan sahiblərinə uduzsa da (0:3), Gürcüstanı məğlub (3:0) edib.

Üç xal qazanan Fərid Cəlalovun komandası yalnız üçüncü yeri tutan Avstriyaya set fərqi ilə uduzub.

Qeyd edək ki, millimiz turnirin növbəti mərhələsini evdə keçirəcək. Yığmamız Bakıda iyunun 13-də Lüksemburqu, ayın 15-də isə Macarıstanı qəbul edəcək.