"Karvan" legioneri ilə yollarını ayırdı

21.06.2025 15:23 20
Ölkə futbolu
Premyer-liqaya yüksələn "Karvan" legioneri ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi qanalı yarımmüdafiəçi Ezekiel Morqanla başa çatan müqaviləsini yeniləməyib.

Qeyd edək ki, Morqan ötən ilin yayında "Karvan"ın heyətinə qatılmışdı.