Messi klubunu dəyişə bilər

15.06.2025 00:22 16
Dünya futbolu
Lionel Messinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi ehtimalı meydana çıxıb.

"Football-plus.az" xəbər verir ki, onun atası Xorxenin bu ölkənin Sərmayə Fondu ilə danışıqlar apardığı bildirilib.

Məlumatda argentinalı ulduzun ABŞ MLS çempionatının səviyyəsindən narazı qaldığı vurğulanıb. Messinin bu ilin sonunda "İnter Mayami" ilə başa çatacaq müqaviləsini artıracağı gözlənilmir.

İki il əvvəl "Əl-Hilal" Messiyə rekord müqavilə təklifi versə də, futbolçu Səudiyyə Ərəbistanına yollanmaqdan imtina etmişdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul