Milli bu gün növbəti matçına çıxacaq - Qızıl Avropa Liqası

14.06.2025 11:28
İdman
Qadın voleybolçulardan ibarət millimiz bu gün Qızıl Avropa Liqasında növbəti oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, yığma Xorvatiyada Rumıniya ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18.30-da start götürəcək.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqro və Xorvatiyaya isə 1:3 hesabı ilə uduzub.