Bu gün əsas məsələlərdən biri də "qırmızı-qaralar"ın təmsil etdiyi bölgədə məskunlaşıb-məskunlaşmayacağıdı.
Xatırlayırsızsa, apreldə komandanın uzun illərdən sonra yenidən Qəbələyə qayıdacağı, ancaq səfər matçları ərəfəsində paytaxta təşrif buyuracağı haqda bilgi yayılmışdı.
Məsələ nə yerdə qaldı? Klub bu mövzuda konkret qərara gəlibmi?
"Football-plus.az"ın suallarını "Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlı cavabladı:
"Hələ bu barədə qərar verilməyib. Məqsədimiz Qəbələdə məskunlaşmaqdı. Ancaq hər şey ola bilər. Bu, bizim üçün prinsipial məsələ deyil. Bu haqda çox düşünmürük. Gələcəkdə qəti qərar veriləcək".
KƏNAN BAHADIR






