Dəfələrlə Azərbaycan çempionu, peşəkarlararası Azərbaycan kəmərinin sahibi Zöhrab Əzimov Taylandın Samuy adasında keçirilən beynəlxalq “Muay-Tay EAGLE RISES” gecesində iştirak edib.
"Football-plus.az" xəbər verir ki, ikiqat WAKO Avropa çempionu və dünya çempionatlarının mükafatçısı, peşəkar döyüşlərin qalibi 70 kq çəki dərəcəsində yerli idmançı Petç Kaolanla döyüşüb.
O, rəqibinə 2-ci raundda nokautla qalib gəlib.
Qeyd edək ki, Əzimov 1 aydı Samuy adasında Azərbaycan Kikboksinq Federasiyasının milli komandasının üzvü, İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya çempionu və Avropa çempionatlarının mükafatçısı Bəhram Rəcəbzadə ilə birlikdə Super Pro idman düşərgəsində təlim-məşq toplanışlarında hazırlıq keçib.