25-ci qızıl medal kikboksdan gəldi! - KONYA-2021

17.08.2022 19:40 353
İdman
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisi ilk qızıl medalını qazanıb.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətinin xəbərinə görə, dünya çempionu, XI Ümumdünya Oyunlarının qalibi Bəhram Rəcəbzadə (low kick, +91 kq) finalda meydan sahibi Türkiyə idmançısı Kadir Yıldırımı məğlub edib.

Bundan başqa, Amil Məmmədov (full contact, 51 kq) da bürünc medal qazanıb.

Bəhram Rəcəbzadənin nailiyyəti Azərbaycanın İslamiadada qazandığı 25-ci qızıl medal olub.