Nigar Mirzəliyevanın da çıxış etdiyi "Zenit" Rusiya Superkubokunun qalibi olub.
"Football-plus.az" xəbər verir ki, Sankt-Peterburq klubu Yekaterinburqda keçirilən həlledici matçda Moskva "Lokomotiv"inə 3:0 hesabı ilə qalib gəlib.
Rəqibin 38-ci dəqiqədən azlıqda qalmasından yararlanan "Zenit" ikinci hissədə üç qol vurub. Mirzəliyeva bütün oyunu əvəzolunmadan keçirib.
Qeyd edək ki, tarixində ikinci dəfə Rusiya Superkubokunu qazanan "Zenit" hazırkı ölkə çempionudu.
Nigar Rusiya Superkubokunu qazandı
Ölkə futbolu





