“Nürnberq" 2-ci bundesliqanın 2024/25 mövsümündə komandanın 10 ən yaxşı qolunu seçib.
"Football-plus.az" xəbər verir ki, Mahir Emrelinin üç qolu siyahıda yer alıb.
28 yaşlı hücumçunun “Kayserslautern”in qapısından keçirdiyi top 3-cü pillədə qərarlaşıb. Mahirin "Qroyter"lə matçda vurduğu qol 5-ci, “Hamburq”la oyundakı qolu isə 9-cu pilləni tutub.
Qeyd edək ki, həmyerlimiz bir mövsüm keçirdiyi "Nürnberq"də 24 oyunda 10 dəfə fərqlənib.