Milli Macarıstana uduzdu - YENİLƏNİB

10.06.2025 21:52 27
Ölkə futbolu / Manşet
Milli bu gün təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Fernando Santuşun komandası Macarıstanı qəbul edib. "Liv Bona Dea Arena"da oynanılacaq görüş saat 20.00-da başlayıb. Matç qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

Xatırladaq ki, yığma üç gün əvvəl Latviyaya qarşı yoldaşlıq oyunu keçirib - 0:0.

Yoldaşlıq oyunları
7 iyun
Latviya - Azərbaycan 0:0

Hakimlər: TRUSTİN FARRUCİYA KANN, Luk Portelli, Roberto Vella, Vitali Spasyonnikov. 
Riqa, "Skonto" stadionu. Saat 17.00.

10 iyun
Azərbaycan - Macarıstan 1:2

Renat Dadaşov, 8 - Barnabas Varqa, 5. Dominik Soboslai, 34
Hakimlər: VİKTOR ŞİMUSİK, Sergey Kasavets, Anton Qusev, Cavid Cəlilov.
Bakı, "Liv Bona Dea Arena". Saat 20.00.