Millimiz Latviyaya yollandı

5.06.2025 13:29 12
Ölkə futbolu
Yoldaşlıq görüşü çərçivəsində Latviya yığması ilə qarşılaşacaq millimiz oyunun keçiriləcəyi Riqa şəhərinə yola düşüb.

"Football-plus.az" xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 13.30-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Komanda iyunun 6-da Bakı vaxtı ilə saat 19.30-da matçın keçiriləcəyi “Skonto” stadionunda son məşqinə çıxacaq.

Xatırladaq ki, iyunun 7-də keçiriləcək Latviya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.