Ceydon Sanço “Çelsi”ni tərk edib.
"Football-plus.az" xəbər verir ki, London klubu son mövsümdə komandada icarə əsasında çıxış edən futbolçunun transfer hüququnu “Mançester Yunayted”dən almaqdan imtina edib.
“The Athletic” nəşrinin məlumatına görə, klublar öz aralarında razılığa gəlsə də, ingiltərəli futbolçunun şəxsi müqavilə şərtlərində ortaq məxrəcə gəlmək mümkün olmayıb. Futbolçu sosial şəbəkə hesabı vasitəsilə London klubunun azarkeşləri ilə vidalaşıb.
Sançonun həm İngiltərədən, həm də Avropanın digər ölkələrindən təkliflər aldığı bildirilir.
O, 2024/25 mövsümündə “Çelsi”nin heyətində premyer-liqada 31 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.