Millimiz bu gün ilk matçını keçirəcək - Gümüş Avropa Liqası

6.06.2025 13:46 5
İdman
Kişi voleybolçulardan ibarət millimiz bu gün Gümüş Avropa Liqasında ilk matçını keçirəcək.

“Football-plus.az” xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda İsveç millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da start götürəcək.

Qeyd edək ki, Gümüş Avropa Liqasında ilk turun oyunları İsveçdə keçiriləcək. Yığmamız növbəti görüşünü sabah Gürcüstan millisi ilə qarşılaşacaq.