Millimiz Gürcüstanı məğlub etdi

2.06.2025 18:35 9
İdman
Avropa Gümüş Liqasına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət millimiz Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb.

"Football-plus.az" xəbər verir ki, komandamız Tbilisidə yerli yığma ilə iki yoxlama oyunu keçirib.

Yığmamız bu qarşılaşmalarda Gürcüstan millisini 3:0 və 3:2 hesabları ilə məğlub edib.

Qeyd edək ki, millimiz yarışda ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Rəqiblərimiz isə ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.