Elçin Rəhimli "Şamaxı"da qaldı

23.06.2023 10:52 332
Ölkə futbolu
“Şamaxı” növbəti mövsüm heyətini formalaşdırmaq üçün çalışmalara start verib.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi müqaviləsi başa çatan Elçin Rəhimli ilə yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi 2024-cü ilin yayına qədər "Şamaxı"da çıxış edəcək.

"Şirlər" yeni mövsümdə 1-ci liqada mübarizə aparacaq.