“Zirə” futbolçusu Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, “Qarabağ”dan icarəyə götürülmüş futbolçu ilə müqavilə uzadılmayıb.
Qeyd edək ki, millimizin üzvü olan hücumçunun "Qarabağ"la 2026-cı ilin iyununa qədər müqaviləsi var. O, 2022-ci ilin iyulundan "Zirə"də çıxış edirdi.