"Zirə" 5 futbolçusu ilə müqavilə müddətini uzatdı

11.06.2022 18:10 513
Premyer-liqa
"Zirə" 5 futbolçu ilə müqavilənin müddətini artırıb.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qismət Alıyev və İlkin Muradovla 2, Ruslan Abışov və Anar Nəzirovla isə 1 illik yeni müqavilə imzalanıb.

Bundan başqa "Qarabağ"dan icarəyə götürülmüş Hacıağa Hacılının icarə müqaviləsi növbəti mövsümün sonuna qədər uzadılıb.