"Qarabağ" onu "Zirə"yə verdi

5.07.2022 16:58 482
Ölkə futbolu
"Qarabağ" futbolçusu Rüstəm Əhmədzadəni icarəyə verib.

"Football-plus.az" xəbər verir ki, əldə olunmuş razılığa əsasən, hücumçu 2022/2023 mövsümündə icarə əsasında “Zirə”də çıxış edəcək. Bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.

Əhmədzadə keçən qış Ukrayna "Minay"ından "Qarabağ"a keçmişdi.