Qış fasiləsində “Qarabağ” daha bir futbolçusunu icarəyə verəcək.
Football-plus.az xəbər verir ki, söhbət Qaspar Panaderodan gedir. Qurban Qurbanov onun üstündən xətt çəkib, heç yoxlama matçlarında da şans verməyib. İspaniyalı yarımmüdafiəçinin isə hələ ilyarımlıq müqaviləsi qüvvədədi. Qaspar əvəzedici komandanın heyətində də matçlara çıxmır. Ağdam təmsilçisi çıxış yolu kimi onu “Zirə”yə icarəyə vermək niyyətindədi. Yayda hücumçu Rüstəm Əhmədzadəni icarəyə götürən “qartallar” indi də Qasparı qışda 6 aylığa rənglərinə bağlamaq istəyir.
Qeyd edək ki, “Qarabağ”la müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Panadero bu ilin ilk 6 ayını icarə əsasında Cənubi Kipr AEK-ində keçirib.
İLKİN SULTANLI