Ölkə kuboku: son iki mövsümün rekordu

2.06.2025 11:38 22
Ölkə futbolu
Ölkə kubokunun “Qarabağ”la “Sabah” arasında final oyununu 7513 tamaşaçı izləyib.

"Football-plus.az" xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici turnirin son iki mövsümü üçün yeni rekorddu. Kubokun 2023/24 və 2024/25 mövsümlərində bu qədər seyrçi qeydə alınmamışdı.

Daha çox tamaşaçının olduğu son matç 2022/23 mövsümünün finalı olub. “Neftçi” və “Qəbələ” arasında oyunu (0:1) 9000 tamaşaçı izləyib.

Qeyd edək ki, “Sabah” “Qarabağ”la matçda əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib.