“Fənərbaxça” Avropanın ən güclüsüdü!

2.06.2025 15:59 10
İdman
Basketbol üzrə Avroliqanın “4-lər finalı”nda həlledici oyunlar bazar günü keçirildi.

Xəbər verdiyimiz kimi, turnirin tarixində ilk dəfə bu mərhələnin oyunları Avropadan kənarda – Əbu-Dabidə təşkil olundu.

3-cü yer uğrunda oyundan, yəni Yunanıstan derbisindən “Olimpiakos” qalib ayrıldı. “Fənərbaxça” isə “Monako” ilə oyunda inamlı qələbə qazandı. "Sarı-lacivərdlilər" yalnız ilk çeyrəyi geridə bitirdi. Türkiyə klubu tarixində 2-ci dəfə (birinci dəfə 2017-ci ildə) qitənin ən nüfuzlu klub turnirində zəfər çaldı. “Fənər”in qələbəsinə 23 xal, 9 ribaund və 1 məhsuldar ötürmə ilə töhfə verən amerikalı Naycek Heys “4-lər finalı”nın ən dəyərli oyunçusu sayıldı.

Türklərin litvalı baş məşqçisi Şarunas Yasikyaviçyus da turnirin tarixinə düşdü. Belə ki, o, bu titulu həm oyunçu, həm də baş məşqçi kimi qazanan ilk şəxsdi.

3-cü yer uğrunda oyun
Olimpiakos (Yunanıstan) - Panatinaikos (Yunanıstan) 97:93 (33:20, 24:26, 18:18, 22:29)
final
Monako (Fransa) - Fənərbaxça (Türkiyə) 70:81 (20:18, 13:17, 18:19, 19:27)

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul