• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ataman yenə Avroliqanı fəth etdi

İdman

29-05-2024, 20:0

Basketbol üzrə Avroliqanın Berlində keçirilən “4-lər finalı” başa çatdı.

Qəzetimizin ötən sayında yarımfinal oyunlarının nəticəsi ilə tanış olmuşduz. Yunanıstanın iki klubu – “Panatinaikos”la “Olimpiakos” iştirakçılar arasında olduğundan azarkeşlərlə bağlı hansısa insidentlərin yaşanması gözlənilən idi. “Fənərbaxça” ilə “Panatinaikos” arasındakı yarımfinal oyunu məhz azarkeşlər arasındakı dava-dalaş üzündən 25 dəqiqə gec başlamışdı. Azarkeşlərin bir qrupu arenaya hətta biletsiz daxil olmağa çalışmışdı. Bazar günü daha böyük qalmaqal yaşandı. Bu dəfə Yunanıstan klublarının fanatları toqquşdu. Nəticədə 12 adam xəstəxanalıq oldu. “Eurohoops”un yaydığı xəbərə görə, polis bu qalmaqala görə bir neçə şəxsə saxlayıb. Xəstəxanaya düşənlərdən birinin vəziyyəti çox ağırdı, ikisi isə ciddi zədə alıb.
Parket üzərində yaşananlara gəlincə, “Fənərbaxça” 3-cü yer uğrunda oyunda da məğlubiyyətlə barışdı. Finalda isə indiyə qədər bu turniri 11 dəfə qazanan “Real”la məşhur türkiyəli məşqçi Ərgin Atamanın çalışdırdığı “Panatinaikos” üz-üzə gəldi. Afina klubu Madrid nəhənginin titulu qorumasına imkan vermədi. Çempionların heyətində oyun qurucusu Kostas Slukas seçildi. O, 24 xal topladı, 2 ribaund etdi və 3 məhsuldar ötürmə verdi. Beləliklə, 2011-ci ildən bəri ilk dəfə Avroliqanın qalibi olan “Panatinaikos” son çempionu devirdi.

Slukas “4-lər finalı”nın ən dəyərli oyunçusu sayıldı. O, Avroliqa tarixinə bu turniri dörd dəfə qazanan 3-cü basketbolçu kimi düşdü. Əvvəllər bunu yalnız Kayl Hayns ilə Şarunas Yasikyaviçus bacarıb. Slukas həmçinin üç fərqli komandanı heyətində Avroliqanın qalibi olan 2-ci basketbolçudu (birinci Yasikyaviçusdu). Kostas 2012, 2013-cü illərdə “Olimpiakos”un, 2017-ci ildə isə “Fənərbaxça”nın heyətində bu titulu qazanıb.

Əlbəttə, Slukasla yanaşı, Ərgin Ataman da bu qələbənin memarıdı. “Panatinakos”un türkiyəli çalışdırıcısı son dörd mövsümdə 3-cü dəfə bu titulu qazandı. O, 2021, 2022-ci illərdə həmvətənlərini – “Efes”i titula daşımışdısa, bazar günü də yunanları sevindirdi. Ataman məşqçi kimi 2016-cı ildə Avrokuboku da qazanıb, 5 dəfə (2009, 2013, 2019, 2021, 2023) Türkiyə çempionu olub, 2021-ci ildə Avroliqada ilin məşqçisi sayılıb.

Sonuncu finalla bağlı daha bir maraqlı məqam var. İş ondadı ki, “Panatinaikos” heç vaxt Avroliqanın finalına uduzmayıb! Ümumiyyətlə, Afina təmsilçisi Avroliqanın indiki “4-lər finalı” formatı yaranandan bəri bu titulu 7 dəfə (1996, 2000, 2002, 2007, 2009, 2011, 2024) qazanan yeganə klubdu. Heç bir başqa komanda bu müddətdə Avroliqanı 4 dəfədən artıq qazanmayıb. “Panatinaikos” bu müddətdə ümumilikdə 12 dəfə (1994, 1995, 1996, 2000, 2001, 2002, 2005, 2007, 2009, 2011, 2012, 2024) Avroliqanın “4-lər finalına” vəsiqə qazanıb, amma heç vaxt finalda məğlub olmayıb.

Berlində keçirilən turnirin oyunlarını izləyənlər arasında MBA əfsanələri də var idi. “Çikaqo” ilə 6 dəfə MBA çempionluğunu qazanan Skotti Pippen tribunalarda yaşanan ab-havanı çox bəyənib:

“Burda oyunlar çox səs-küylü keçir. Adamlar çox fəal şəkildə azarkeşlik edir. Onlar öncədən toplaşır vı komandalarına dəstək verirlər. Belə atmosferi çox bəyəndim. İstərdim ki, MBA-da da belə azarkeşlik etsinlər”.


“Miluoki”nin yunan forvardı Yannis Adetokunbo da azarkeşlər arasında olub. Pippen “Panatinaikos”la “Fənərbaxça” arasındakı oyundan əvvəl azarkeşlər önündə məşq edib.

3-cü yer uğrunda oyun
Olimpiakos (Yunanıstan) – Fənərbaxça (Türkiyə) 87:84 (24:16, 24:21, 18:25, 21:22)
final
Real (İspaniya) - Panatinaikos (Yunanıstan) 80:95 (36:25, 18:24, 7:15, 19:31)

Paylaş:
Digər xəbərlər

İdman

13-05-2024, 10:0

“Fənərbaxça” yarımfinalda “Panatinaikos”la qarşılaşacaq

İdman

9-05-2024, 19:0

“Fənərbaxça” da “4-lər finalı”na vəsiqə qazandı

İdman

16-05-2024, 19:0

Ceyms Avroliqanın MVP-si sayıldı

İdman

13-02-2024, 13:0

“Efes” qələbə qazandı, “Fənərbaxça” isə uduzdu

İdman

27-11-2023, 18:0

“Fənərbaxça”: ardıcıl 4-cü məğlubiyyət...

İdman

13-12-2023, 20:0

Ataman Ərdoğanla görüşdü, ara qarışdı

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
  • 3-06-2026, 21:0
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • 3-06-2026, 21:0
    Yunanıstan karyerası 7 ay çəkdi
  • 3-06-2026, 20:0
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • 3-06-2026, 20:0
    Madridi tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 197
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə