“Fənərbaxça” da “4-lər finalı”na vəsiqə qazandı

9.05.2024 19:30 158
İdman
Basketbol üzrə Avroliqada 1/4 final seriyaları başa çatdı.

“Football-plus.az” xəbər verir ki, “Real”ın ardından “4-lər finalı”na vəsiqə qazanan 2-ci komandanın adı srağagün dəqiqləşdi. “Panatinaikos” evdə “Makkabi”ni məğlub etməyi bacardı. Dünən isə bu mərhələnin son iki iştirakçısı da bilindi. “Fənərbaxça” overtaymda “Monako”nun müqavimətini qıra bildi. “Olimpiakos” isə “Barselona” ilə seriyadan qalib ayrıldı.

Panatinaikos (Yunanıstan) – Makkabi T-Ə (İsrail) 81:72 (19:21, 22:20, 17:15, 23:16)
Seriyada hesab – 3:2.
Monako (Fransa) – Fənərbaxça (Türkiyə) 79:80 OT (15:13, 25:22, 15:21, 15:14, 9:10)
Seriyada hesab – 2:3.
Barselona (İspaniya) – Olimpiakos (Yunanıstan) 59:63 (12:9, 15:16, 13:15, 19:23)
Seriyada hesab – 2:3.