Oyundan sonra qubalıların kapitanı Cavid İmamverdiyev gələn mövsüm çempion kimi 1-ci liqaya çıxacaqlarını azarkeşlərə söz verdi. “Football-plus.az” oyun və liqalar arasındakı fərq haqda Cavid bəyin fikirlərini öyrənib:
“Bizdə, sadəcə, keyfiyyət çatmadı. Keyfiyyət olsaydı, başabaş oynaya bilərdik. Liqaların fərqi hiss olundu. Fərdi baxımdan aşağı səviyyədə olmaya bilərik, amma tonus və təcrübə baxımından rəqibdən geri qaldıq. Azarkeşlərə də söz vermişəm – inşallah, komandada qalsam, çempion olacağıq. Rəhbərlik və baş məşqçimiz ilə çox gözəl, çempion komanda yaradacağıq. Bu il “Hypers Quba” üçün təcrübə oldu. Gələn mövsüm daha yaxşı komanda görəcəksiz”.
MÜZƏFFƏR QULUZADƏ






