Belə ki, artıq “Şimal” 1-ci liqaya vəsiqəni rəsmiləşdirib. Digər tərəfdən, “Hypers Quba” da pley-off mərhələsini adlayacağı təqdirdə eyni liqada iştirak haqqı qazanacaq.
Siz də 1-ci liqaya yüksəlsəz, “Şimal”ın ev oyunlarını burada keçirməsinə razı olarsınızmı? Bu sualı “Hypers Quba”nın prezidenti Ayaz Abdullayevə ünvanladıq:
“Şimal”a özüm təklif etmişəm. Biz 1-ci liqaya çıxmasaq, bizim stadionda oynaya bilərlər. Stadionun ümumi xərcləri çoxdu. O zonada futbola böyük maraq var. Hər iki komanda 1-ci liqaya yüksələrsə, bir komanda oynaya bilər. Biz birinci liqaya yüksələ bilməsək, “Şimal”a stadionda oynamaq imkanı verə bilərik”.
ƏSƏD SEYİDOV






