Pley-offda qarşılacaq klubların prezidentlərindən fikir öyrəndik.
Asəf Məlikov, “Difai”:
“Meydan düzdü, top yumru. Hər şey baş verə bilər. Məşqçilərimiz rəqibi təhlil edib. Layiq olan qələbə qazansın”.
Ayaz Abdullayev, “Hypers Quba”:
"Rəqibi maksimum təhlil etməyə çalışacağıq. Təbii ki, liqalar arasında səviyyə fərqi var. Əlimizdən nə gəlirsə, onu da etməyə çalışacağıq. Bu günə qədər heç vaxt “Difai” ilə qarşılaşmamışıq. Favorit oyunda bilinəcək”.
Qeyd edək ki, pley-off oyunu bu gün, saat 16.00-da “ASKO Arena”da start götürəcək.
MÜZƏFFƏR QULUZADƏ






